575 nəfər qidadan zəhərlənib
02 Avqust 2014 Şənbə 02:30
Yayda qidanın tərkibinə düşən bakteriyalar qışa nisbətən 10-100 dəfə daha çox inkişaf edir.
Havanın temperaturu artdıqca qidadan zəhərlənmə halları da çoxalır.

ANS TV-nin məlumatina görə, yayda qidanın tərkibinə düşən bakteriyalar qışa nisbətən 10-100 dəfə daha çox inkişaf edir. Bu fəsildə zəhərlənmələr əsasən tez xarab olan və açıq şəkildə satılan məhsullarda baş verir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, təkcə ilin əvvəlindən bu günə kimi 575 nəfər qidadan zəhərlənib.

Bu günə kimi qeydə alınan 13 botulizm hadisəsində isə 19 nəfər zəhərlənib, bir nəfər ölüb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qidalanma şöbəsinin müdiri İmran Abdullayevin sözlərinə görə, tez xarab olan məhsullar 0-6 dərəcə temperaturda saxlanılmalıdr. Əks halda həmin məhsul bakterial çirklənməyə məruz qalır.

Yay fəsli başlayandan dondurma və meyvə tərəvəzlərdən zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı da çox olub. Xüsusilə qarpızdan zəhərlənmə halları geniş yayılıb. Kliniki Tibbi MərkəzinTaksikalogiya şöbəsinin müdiri Azər Maqsudov qarpız zəhərlənmələrilə bağlı onlara da müraciət edidiyini bildirdi.

"Qarpızdan zəhərlənənlər bizə gəlib. Biz də ilkin yardımı göstərib, onları yoluxucu şöbəyə göndərmişik ki, diaqnozu daha dəqiq qoysular. Bu il isə sirkə turşusu 2 nəfərin ölümünə səbəb olub”.

Həkimlərsə məhz bu mövsümdə məhsulların saxlanılma qaydalarına əməl olunmasını vacib hesab edirlər. Çünki normalda qida bir sutkadan artıq qala bilməz. Səbəbsə, isti hava şəratinin həmin qidanı mikrobla daha da zənginləşdirməsidir. Odur ki, vitaminlə zəngin məhsullardan bol-bol istifadə edin və sanitar-gigiyenik qaydalarını gözləyin ki, yolunuz xəstəxanadan düşməsin.






DOSTLARINLA PAYLAŞ:

oyunlar