550 kq saxta ərzaq məhv edilib
25 Avqust 2011 Cümə Axşamı 17:27
Ölkə mağazalarında saxlama müddəti ötmüş məhsullar satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakının Nəsimi rayonunda Azadlıq prospekti, ev 72 ünvanında Ağaddin Məmmədova məxsus mağazada, M.Rəfili küçəsi, ev 11 ünvanında yerləşən "Gülər market"də, M.Qaşqay küçəsi, ev 20 ünvanında Məmmədrahim Məmmədova məxsus mağazada, A.Mustafayev küçəsi, ev 21 A ünvanında yerləşən "Etibar market"də, Nizami küçəsi, ev 137, mənzil 71 ünvanında Mehman Nağıyevə məxsus mağazada,

Nərimanov rayonunda A.Nemətulla küçəsindəki "Araz market"də, "S-A-V market"də və "Xəzər market"də, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanındakı "Çinar market"də, Təbriz küçəsi, ev 99, mənzil 53 ünvanında yerləşən "Real market"də, F.Xoyski prospekti, ev 136, mənzil 33 ünvanındakı "Moskva market"də,

Yasamal rayonunda Z.Xəlilov küçəsində yerləşən "Altun market"də və Aygün Abdullayevaya məxsus mağazada, H.Məcidov küçəsi, ev 14, mənzil 39 ünvanındakı "Nuran market"də, S.Dadaşov küçəsi, ev 90, mənzil 3 ünvanındakı "AMA market"də, Ş.Mehdiyev küçəsi, ev 1, mənzil 37 ünvanında yerləşən "Sizin market"də,

Bərdə rayonunda Qazıqurdalı kəndində Mübariz Əbilova və Alim Qurbanova məxsus mağazalarda,

Füzuli rayonunda Arayatlı kəndində yerləşən "Ruslan market"də,

Siyəzən şəhərində Azadlıq küçəsində Qalib Xalıqova məxsus mağazada,

Gəncə şəhərində Bağmanlar küçəsi, ev 95 ünvanında Elmir Babakişiyevə məxsus mağazada, Atatürk prospekti, 265 ünvanında Anar Əhmədova məxsus mağazada, R.Əsədov küçəsində Rəşid Nəsibova məxsus mağazada,

ümumi çəkisi 550 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar