Azərbaycanda bələdiyyə seçkisinə bütün hazırlıq işləri artıq görülüb.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin sözlərinə görə, demək olar ki, bütün seçki məntəqələri zəruri avadanlıqlar, ultrabənövşəyi lampalar və şəffaf mürəkkəblərlə təmin edilib. Artıq 500-ə yaxın seçki məntəqəsində veb-kamera quraşdırılıb.
Hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə MSK həmin veb-kameraların internetə çıxışı ilə bağlı birgə fəaliyyət göstərir. ANSPRESS
500-ə yaxın seçki məntəqəsində veb-kamera quraşdırılıb
500-ə yaxın seçki məntəqəsində veb-kamera quraşdırılıb. Bu barədə MSK-dan məlumat verilib.




Şərhlər