5 rayonun hər birinə 2 milyon manat ayrıldı
11 May 2011 Çərşənbə 19:19
Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafı daha da sürətləndiriləcək.
Azərbaycan prezidenti İlham Əliyev Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Əhalini narahat edən sosial əhəmiyyətli problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədilə Sabirabad, Saatlı, İmişli, Ağcabədi və Zərdab rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə Prezidentin Ehtiyat Fondundan həmin rayonların icra hakimiyyətlərinin hər birinə 2 milyon manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar