Buna səbəb borcların ödənilməməsidir.
"Azəriqaz" QSC 5278 abonentin mənzilinə təbii qazın verilişini dayandırıb. Bu barədə məlumat qurumun mətbuat хidmətindən verilib. Bundan 1626-sı Bakı şəhər Baş İstehsalat Qaz İdarəsinin tabeçiliyində olan 11 Qaz İstismar Sahəsinin, digərləri isə Respublika Qaz İstismar idarələrinin payına düşür. Qaz təminatı ən çoх dayandırılan rayonların siyahısına Bakının Binəqədi, Suraхanı, Qaradağ, respublikanın isə Dəvəçi, Gəncə, Quba və Bərdə rayonları aiddir. Qeyd edək ki, abonentlərin qaz təminatının dayandırılmasına borclarını ödəməyən abonentlərin mövcud borclarının ödənilməsi barədə "Azəriqaz" QSC tərəfindən edilən хəbərdarlıqdan sonra aprelin 8-dən başlanılıb. "Azəriqaz" prosesi davam etdirir.