5 elektron xidmet istifadeye verilib
22 Oktyabr 2013 Çərşənbə Axşamı 09:53
Vergiler Nazirliyi terefinden teqdim olunan yeni elektron xidmetler ödenişsiz heyata keçirilir.
Vergilər Nazirliyi tərəfindən 5 yeni elektron xidmətin göstərilməsinə başlanılıb. ANS PRESS-in Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla əlaqədar nazirlik tərəfindən “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatdan çıxarılması”, “Hüquqi şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi”, “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi” üzrə elektron xidmətlərin göstərilməsinə başlanılıb.

Təqdim olunan xidmətlərin məzmunu vergi ödəyicisi qismində qeydiyyata alınan kommersiya hüquqi şəxslərin, qeyri-kommersiya hüquqi şəxslərin, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq vergi uçotuna alınan hüquqi şəxslərin filiallarının və bölmələrinin, eləcə də fiziki şəxslərin uçot məlumatlarının elektron qaydada dəyişdirilməsini, həmçinin vergi ödəyicilərinin təsərrüfat subyeklərinin (obyektlərinin) elektron qaydada qeydiyyatdan çıxarılmasını əhatə edir.

Elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az/, http://www.e-gov.az ünvanlarında istifadəçilərə təqdim olunur. Təqdim olunan yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az/dispatcher?menu=ekarg&submenu=2&nav=ekarg və [email protected] elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar