40 tondan çox yararsız erzaq malları satışdan çıxarılaraq mehv edilib
19 Dekabr 2013 Cümə Axşamı 15:52
Antiinhisar Siyaseti ve İstehlakçıların Hüquqlarının Müdafiesi Dövlet Xidmeti istehlakçıların maariflendirilmesi istiqametinde növbeti tedbirini Salyanda keçirib.
Bu gün Antiinhisar Siyaseti ve İstehlakçıların Hüquqlarının Müdafiesi Dövlet Xidmeti istehlakçıların maariflendirilmesi istiqametinde növbeti tedbirini Salyanda keçirib. "Azerbaycanda istehlakçı hüquqları qorunur" mövzusunda keçirilen tedbirde aidiyyeti dövlet qurumlarının, ictimai teşkilatların nümayendeleri ve 300-e yaxın istehlakçı iştirak edib.

İqtisadiyyat ve Senaye Nazirliyinin metbuat xidmetinden ANS PRESS-e verilen melumata göre, Dövlet Xidmetinin reis müavini Araz eliyev Azerbaycanda heyata keçirilen iqtisadi siyasetin prioritet istiqametlerinden birinin istehlakçı hüquqlarının qorunması olduğunu vurğulayıb. İstehlakçıların hüquqlarının müdafiesi sahesinde maariflendirme tedbirlerinin, istehlakçı feallığının artırılmasının ehemiyyetini diqqete çatdıran A.eliyev Dövlet Xidmetinin teşkilatçılığı ile müvafiq dövlet qurumlarının, ictimai teşkilatların, sahibkarların, ictimaiyyet ve kütlevi informasiya vasitelerinin nümayendelerinin iştirakı ile keçirilen seminar ve konfransların bu baxımdan mühüm önem kesb etdiyini deyib. Bildirilib ki, bu ilin öten dövründe heyata keçirilmiş nezaret tedbirleri zamanı menşeyi melum olmayan, saxlama müddeti ötmüş, etiketlenmesi, keyfiyyet ve tehlükesizlik göstericileri normativ senedlerin teleblerine uyğun olmayan 41,4 ton müxtelif növ erzaq malları satışdan çıxarılaraq mehv edilib.

A.eliyev istehlak bazarının keyfiyyetsiz mal ve xidmetlerden qorunmasında inzibati tedbirlerle yanaşı, maariflendirme tedbirlerinin de xüsusi ehemiyyet kesb etdiyini vurğulayıb. Qeyd olunub ki, 2013-cü ilin öten dövrü erzinde istehlakçıların maariflendirilmesi meqsedile 16 adda 190 minden çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahesinde vezifelerine dair 6 adda 22 min yaddaş kitabçası hazırlanaraq paylanıb. Hazırda KİV ile istehlakçıların maariflendirilmesi istiqametinde emekdaşlıq edilir, müxtelif maariflendirici materiallar derc edilir, birge televiziya verilişleri hazırlanır.

Tedbirde, hemçinin xidmet qaydalarının teleblerine emel olunması ve xidmet medeniyyetinin yükseldilmesi istiqametinde heyata keçirilen maariflendirici tedbirler barede melumat verilib.

Konfransda Antiinhisar Siyaseti ve İstehlakçıların Hüquqlarının Müdafiesi Dövlet Xidmetinin emekdaşları istehlakçı hüquqlarının müdafiesine dair müxtelif mövzularda meruzelerle çıxış edib, tedbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tedbir iştirakçılarına istehlakçı hüquqlarına dair maariflendirici materiallar paylanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar