Ölkə

4 rayonun prokuroru dəyişdi

Baş prokuror müvafiq əmr imzalayıb. 4 rayonun prokuroru dəyişib.

· Xəbərçi
4 rayonun prokuroru dəyişdi
Azərbaycan Respublikasının Prokurorluq orqanlarında kadr dəyişikliyi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zakir Qaralovun müvafiq əmrləri ilə 4 rayona yeni prokurorlar təyin edilib.

Belə ki, Zəngilan rayon prokuroru vəzifəsini icra edən Rauf Məmmədəliyev, Kəlbəcər rayon prokuroru vəzifəsini icra edən Əlirza Babayev, Ağdam rayon prokuroru vəzifəsini icra edən İslam Qasımov və Xocalı rayon prokuroru vəzifəsini icra edən Elşən Abdullayev tutduqları vəzifələrdən azad edilməklə uyğun olaraq Göygöl, Ağstafa, Qax və Ucar rayon prokuroru vəzifələrinə təyin ediliblər. ANSPRESS

Şərhlər