4 rayonda qaz olmayacaq
28 Mart 2014 Cümə 11:31
Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu gün Azərbaycanın bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyindən ANS PRESS-ə verilən məlumata görə, Astara-Qazıməmməd magistral qaz kəmərinin 101 və 102-ci kilometrlərində, eləcə də 219 mm-lik "Goranboy QPS qaz kəməri" qolunun 0,5, 0,6 və 0,8-ci kilometrlərində əmələ gəlmiş qaz sızmalarının ləğvi ilə əlaqədar martın 28-də saat 17:00-dək Naftalan şəhəri və Goranboy rayonunun bir hissəsinə, saat 20:00-dək isə Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar