380 kq saxta ərzaq satışdan çıxarılıb
16 İyun 2011 Cümə Axşamı 17:57
Saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Yasamal rayonunda H.Cavid prospektində Xanlar Qasımlıya, Gülşən Süleymanovaya və “Maral” hamam-camaşırxana kiçik müəssisəsinə məxsus mağazalarda, Şərifzadə küçəsində Sənan Nərimanova və Oruc Musayevə məxsus mağazalarda, N.Nərimanov prospekti, ev 127, məhəllə 468/472 ünvanında Könül Əsgərovaya məxsus mağazada, İnşaatçılar prospekti, ev 38 ünvanında Rafiq Hüseynova məxsus mağazada,

Şəmkir şəhərində S.Vurğun küçəsi, 196 ünvanında Rövşən Məmmədova məxsus mağazada,

Ağdam rayonunda Quzanlı qəsəbəsi, H.Əliyev prospektində Fərhad Abdullayevə məxsus mağazada,

Qazax şəhərində H.Əliyev prospekti, 76 ünvanında Mayil Mahmudova məxsus mağazada,

Ağstafa şəhərində Dəmiryol idarəsinin 1-ci mərtəbəsində Fərid Vəliyevə məxsus mağazada;

ümumi çəkisi 380 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar