30 yaşlı Arzu Məmmədova icra başçısının müavini oldu
07 Yanvar 2014 Çərşənbə Axşamı 05:40
İcra hakimiyyətinə gətirilməzdən əvvəl Arzu Məmmədova Bakı Baş Təhsil İdarəsində məsləhətçi işləyib.
Təhsil sektorunda çalışan 30 yaşlı Arzu Fikrət qızı Məmmədova Sabunçu rayon icra hakiminin müavini təyin edilib.
Gənc xanım humanitar məsələlər üzrə müavin kimi fəaliyyətə başlayıb. Artıq Arzu Məmmədova icra başçısının müavini kimi bir neçə tədbirdə də iştirak edib.
Qeyd edək ki, 1983-cü il təvəllüdlü Arzu Məmmədova AMEA-nın disertantıdır. Filologiya üzrə fəlsəfə doktoru olan gənc xanım evlidir. Bir övladı var. İcra hakimiyyətinə gətirilməzdən əvvəl Arzu Məmmədova Bakı Baş Təhsil İdarəsində məsləhətçi işləyib.
Xatırladaq ki, 25 yaşlı Aygün Əliyeva dekabrda Binəqədi İcra başçısının müavini təyin edilmişdi.
DOSTLARINLA PAYLAŞ: