3 cəzaçəkmə müəssisəsinə yeni rəis təyin olunub
30 İyun 2011 Cümə Axşamı 12:24
Azərbaycanda rəis vəzifəsi boş qalmış 3 cəzaçəkmə müəssisəsinə yeni rəislər təyin olunub.
Azərbaycanda rəis vəzifəsi boş qalmış 3 cəzaçəkmə müəssisəsinə yeni rəislər təyin olunub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovun verdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmrləri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Eyvaz Əsgərov 2 saylı müəssisəyə, 9 saylı müəssisənin rəis müavini Etibar Məmmədyarov isə 5 saylı müəssisəyə rəis təyin edilib.
Qobustan həbsxanasının rəisi vəzifəsini müvəqqəti icra edən Şahin Osmanov isə bu həbsxanaya rəis təsdiq olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: