29 şagirdə 1 kompüter
13 Yanvar 2010 Çərşənbə 18:35
Bu il məktəblərin kompüterləşməsinə 20 milyon manat ayrılacaq
Bu ilin dövlət büdcəsindən məktəblərin kompüterləşməsinə 20 milyon manat vəsaitin ayrılması planlaşdırılır.

2008-2012-ci illərdə təhsil sahəsinin inkişafı üzrə Dövlət Proqramı (ümumi dəyəri 75 milyon manat) çərçivəsində 2012-ci ilədək 38,5 milyon manat ayrılması planlaşdırılır. Bu barədə Təhsil Nazirliyindən məlumat veriblər.

Dövlət Proqramı çərçivəsində 2009-cu ildə Təhsil Nazirliyinə 19 milyon manat, 2008-ci ildə 8,5 milyon manat ayrılıb. Nəticədə indiyə qədər məktəblər üçün 36 min kompüter alınıb. Hazırda 29 şagirdə 1 kompüter düşür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar