2702 qutu yararsız dərman tapılıb
06 Yanvar 2010 Çərşənbə 18:15
2702 qutu yararsız dərman tapılıb. Dərmanlar Sabunçudakı apteklərdən aşkarlanıb.
68 aptektdən 2702 qutu yararsız dərman preparatı müsadirə olunub. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin (DVAEM) reydləri Sabunçu rayonunda fəaliyyət göstərən apteklərdə aparılıb. Tapılan dərmanların 2553 qutusu sertifikatsız, 149-u isə istifadə müddəti bitmiş preparatlardır.
DVAEM tərəfindən növbəti utilizasiya prosesində xeyli yararsız preparat məhv edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Təhlükəli Tullantıların İdarə olunması üzrə Milli Mərkəzində təşkil olunan utilizasiya zamanı paytaxt apteklərindən götürülmüş yararsız preparatlarla yanaşı, həm də kompleks analizlər keçirilmək üçün DVAEM-ə təqdim edilmiş dərmanların nümunələri də yandırılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: