255 kq istehlaka yararsız mallar aşkar edilib
18 İyul 2011 Bazar Ertəsi 22:10
Normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, monitorinqlər zamanı Dövlət Xidməti tərəfindən yenidən istehlaka yararsız mallar aşkarlanıb.
Bakının Səbail rayonunda Salyan şossesi, ev 2 ünvanında Asəf Məmmədbəyova məxsus mağazada,
Xəzər rayonunda Pirallahı qəsəbəsində Eyvazxan Məlikova, Gülnaz Əliyevaya məxsus mağazalarda və “Ahəs market”də, A.İldırım küçəsi, 832b saylı bağ ünvanında yerləşən “Vüsal market”də,
Nərimanov rayonunda Ü.Bünyadzadə küçəsi, 17 ünvanında yerləşən “Makro market”də,
Nizami rayonunda A.Manafov küçəsi, ev 1 ünvanındakı “Könül market”də; B.Nuriyev küçəsi, ev 37 B ünvanında Kəmalə Əliyevaya məxsus mağazada,
Siyəzən şəhərində H.Əliyev küçəsində Nazir Allahverdiyevə məxsus mağazada,
Biləsuvar rayonunda Nizami küçəsində Fəxri İsmailzadəyə və Mətləb Muradova məxsus mağazalarda,
Gənəcə şəhərində Təbriz küçəsində Zahid Həsənova məxsus mağazada insan orqanizmi üçün təhlükəli ərzaq malları aşkarlanıb.
Belə ki, ümumi çəkisi 255 kq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: