Ölkə

25 milyon yük çantası itirilib

2009-cu ildə hava limanlarında itirilən yüklərin sayı açıqlanıb

· Xəbərçi
25 milyon yük çantası itirilib
Beynəlxalq aviasiya və telekommunikasiya şirkəti SİTA-nın açıqladığı məlumata görə, 2009-cu ildə hava limanlarında sərnişinlərin 25 milyon yük çantası itirilib. Qurumun məlumatında bildirilir ki, aviasiya sektorunda 2,5 milyard dollar zərərə səbəb olan bu haidəsələrin 52 fazi transferlər zamanı baş verib.

İtən yük əşyalarının 16 faizi sərnişinlərin səyahətə çıxdıqları hava limanlanlarında təyyarəyə yüklənməyib. Ümumiyyətlə isə yük çantalarının əksəriyyəti tapılır və 48 saat içərisində öz sahiblərinə çatdırılır. Çantaların cəmi 3,4 faizi ya oğurlanıb ya da sahibləri tərəfindən axtarılmayıb.

2009-cu il üçün bu sahədə qeydə alınan 25 milyonluq göstərici isə 2008-ci ildən 23,8 faiz, 2007-ci ildə baş vermiş bu kimi hallardan 40 faiz az olub. ANSPRESS

Şərhlər