25 herbi qulluqçuya ev verilib
10 Oktyabr 2013 Cümə Axşamı 13:53
Azerbaycan Silahlı Qüvvelerinde 20 il ve daha çox xidmet etmiş 25 nefer herbi qulluqçunun menzille temin olunması ile bağlı qerar qebul edilib.
 Maliyyə Nazirliyinin mətbuat katibi Mais Priyevin ANS PRESS-ə verdiyi məlumata görə, nazirliyin müvafiq komissiyasının oktyabrın 8-də baş tutan iclasında çıxış edən maliyyə naziri Samir Şərifov, müvafiq meyarlara uyğun olan hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam ediyini söyləyib.

S.Şərifov bu prosses zamanı komissiyanın müəyyən etdiyi müvafiq meyarlara cavab verməklə döyüş bölgəsində xidmət edən və döyüşlərdə yaralanan hərbçilərın ilk növbədə nəzərə alınacağını da vurğulayıb.

İcalasın yekununda mənzil növbəsinə qəbul duran hərbi qulluqçulardan 25 nəfərin dövlət vəsaiti hesabına Bakı və Naxçıvan şəhərlərində mənzillə təmin olunmasına dair qərar qəbul edilib.

Qeyd edək ki bu günə qədər Komissiya tərəfindən 462 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib və artıq müvafiq mənzillər 213 hərbi qulluqçunun mülkiyyətinə verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar