2011-ci ilin vaxtsız itkiləri
01 Dekabr 2011 Cümə Axşamı 06:25
Bu il Azərbaycan mədəniyyəti üçün itkilərlə dolu oldu.
2011-ci il xüsusilə “vaxtsız” deyiləbiləcək itkilərlə yadda qaldı. Ölümlərdən bəzisi o qədər gözlənilməz oldu ki, bu xəbərlərlə sarsılan bir çox insan bu kimi həqiqətləri qəbul etməkdə çətinlik çəkdi.

Şən və hazir cavablar klubunun kapitani, millət vəkili Anar Məmmədxanov erkən ölümü ilə hamını təəccübləndirdi. Anar sanki, vaxtsız dünyadan köçəcəyini qabaqcadan bilirmiş kimi hər bir işdə tələsirdi. Elə bil çatdıra bilməyəcəyindən qorxurdu. Və elə qorxduğu da başına gəldi.

Vaxtilə güldürərək çoxlarının gözlərini yaşardan Anar Məmmədxanov bu dəfə də ağlatdı. Lakin bu dəfəki göz yaşları onun yoxluğuna təəssüflənənlərin göz yaşları idi. Anar Məmmədxanov aprelin 23-də, 41 yaşında ürək tutmasından dünyasını dəyişib.

Musiqi dünyasında da bizi itkilər gözləyirdi.hər kəsin sevimlisi olan Rüfət Mehdiyevi itirdik.
Ürəyində hələ dilə gətirmədiyi neçə arzuları olsa da vaxtsız ölüm Rüfət Mehdiyevi 42 yaşında sevənlərindən ayırdı.

Amma biz təkcə Anari, Rüfəti itirmədik, biz cox itkilər verdik. Öz ömrünü oynayan aktyor, “Bakılı Oğlanlar” klubunda həmişə nadir ifalari ilə yadda qalan Elcin Həmidovu da itirdik. Əməkdar artist, musiqili komediya teatrının aktyoru Elcin Həmidov səhndən öz rolunu oynamadan vaxtsiz bir vaxtda 53 yaşında həyata vida etdi.

Bu il görkəmli teatr xadimi,rejissor, Yuğ dövlət teatrının yaracıdıcısı Vaqif İbrahimoğlunu da uzun sürən xəstəlikdən sonra itirdik. 62 yaşlı rejissor, həmişə öz orijinal fikirləri, baxışları və dərin biliyi ilə tamamilə başqalarından fərqlənib. Teatr sənətində onun yeri heç vaxt dolmayacaq. Çünki Vaqif həqiqətən teatr sənəti üçün çox böyük xidmətləri olmuş adam idi.

Əməkdar artist, tanınmış muğam ustası Sabir Mirzəyev də həyatdan vaxtsiz getdi. Sabir Mirzəyev Azərbaycan musiqi tarixində Çaharğah muğamının mahir ifaçısı kimi tarixə düşüb. Onun ifa etdiyi “Qarabağın maralı”, “Şuşanın dağları”, xalq mahnıları, Çahargah və Rast muğamları qızıl fondda saxlanılır.

2011 ci il təkcə Azərbaycan mədəniyyət ücün itkilər deyildi. Dünya kino sənayesi Elizabet Teylorun itkisi ilə titrədi. Onu kino dünyasının “bənövşə gözlü” gözəli adlandırırdılar. Böyük Britaniya əsilli Amerika aktrisası Elizabet Teylor Hollivudun “Qızıl dövr”ündə kino kraliçası sayılırdı. Müxtəlif vaxtlarda xəstəlikdən əziyyət cəkən aktrisa, yaxın dostu Maykl Ceksonun ölüm xəbəri eşidən Teylor ciddi stress keçirərək xəstəxanaya yerləşdirilib ürəyindən əməliyyat olunmuşdu. Teylor 23 mart 2011 Los-Ancelesdə vəfat edib.

Bütün dünyani öz vaxtsiz gedişi ilə titrədən bir necə ay bundan əvvəl vəfat etmiş yeni dövrün innovatoru Stiv Cobs oldu. O, dünyada məşhur “Apple” şirkətinin qurucusu sağliğinda canlı əfsanəyə çevrilmiş bir şəxs idi. Daima yeniliklər edən Stiv 2001-ci ildə “iPod”u yaratmaqla musiqi sənayesində əsaslı dəyişikliklər etməyə nail oldu. Stivin yaratdiği texnoloqiyalar müasir dünyada sözün əsl mənasinda inqilab edib Stivi dünyaya sevdirdi. Məhz elə bunun ücün də bütün dünya oktyabrin 14-ü Stiv Cobs günü kimi elan edərək onun bütün dünyada yad etdi. Stiv 56 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar