2011-ci il dövlət büdcəsinə dəyişikliklər gələn həftə təsdiqlənə bilər
20 May 2011 Cümə 16:34
Müvafiq layihənin mayın 23-də parlamentin iqtisadi siyasət komitəsində müzakirə olunacağı gözlənilir
Mayın 23-də Milli Məclisin iqtisadi siyasət komitəsində Azərbaycanın 2011-ci il dövlət büdcəsinə dəyişikliklər layihəsi müzakirə olunacaq. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

Dəyişikliklərin növbəti həftə ərzində parlamentdə müzakirəyə çıxarılaraq qəbul edilməsi gözlənilir. Artıq dəyişikliklər layihəsi parlamentə daxil olub.

Qeyd edək ki, 2011-ci ilin dövlət büdcəsində gəlirlərin 29% və ya 3 493,2 mln. manat artıralaraq 15 554,2 mln. manata, xərclərin isə 25% və ya 3 193,2 mln. manat artırılaraq 15 941,2 mln. manata çatdırılması planlaşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar