2010-cu ildə Azərbaycanda doğulan ilk körpə oğlandır
01 Yanvar 2010 Cümə 14:10
O, gecə saat 00.05-də Bakıda Şamama Ələsgərova adına 5 saylı doğum evində dünyaya gəlib
2010-cu ilin ilk körpəsi saat 00.05-də Şamama Ələsgərova adına 5 saylı doğum evində dünyaya gəlib. Əhmədovlar ailəsinə sevinc gətirən oğlan uşağıdır. Körpənin çəkisi 2 kiloqram 400 qram, boyu 44 sm-dir. Hazırda həm ananın, həm də körpənin vəziyyəti kafidir.

5 saylı doğum evinin mama-ginekoloqu İradə Eyvazovanın sözlərinə görə, doğum evində yeni ilin ilk səhərində daha bir uşaq dünyaya gəlib. Həkimin sözlərinə görə, hər iki körpə və ananını vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, ümumilikdə isə 2010-u ilin ilk günündə günortaya qədər paytaxtın dörd doğum evində 5 uşaq dünyaya göz açıb. Onlardan üçü oğlan, ikisi qızdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar