20 Yanvar faciəsinə marka həsr olunub
13 Yanvar 2010 Çərşənbə 14:10
20 Yanvar faciəsinə marka həsr olunub. "Azərmarka" şirkəti yeni poçt markası buraxıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti dövriyyəyə 20 Yanvar faciəsinin 20-ci il dönümünə həsr olunmuş poçt markası buraxıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 20 minlik ümumi tirajla çap olunmuş markanın nominal dəyəri 1 manat təşkil edir.
Qeyd edək ki, yanvar ayının 20-si Azərbaycanda ümumxalq matəm günü kimi qeyd olunur. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet qoşunları heç bir xəbərdarlıqsız Bakı şəhərinə daxil olaraq dinc əhalini qətlə yetirib. Həmin gecə günahsız insanlara qarşı zorakılıq törədilib, yüzlərlə dinc əhali öldürülüb və itkin düşüb.
20 Yanvar Azərbaycan xalqının yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: