175 kq saxta ərzaq satışdan çıxarılıb
18 Aprel 2011 Bazar Ertəsi 19:28
İqtisadi İnkişaf Nazirliyi istehlak bazarında aparılan monitorinqləri davam etdirir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında aparılan monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakı şəhərinin Sabunçu rayonunda
-Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 59 ünvanında yerləşən "Portağal market"də,
- Bakıxanov qəsəbəsi, Sülh küçəsi, ev 1 ünvanında yerləşən mağazada,
Nizami rayonunda
- Q.Qarayev prospekti, ev 18 ünvanındakı "Super yeni market"də,
- B.Nuriyev küçəsi, ev 67 ünvanında Zaur Rəsulova məxsus mağazada,
Xətai rayonunda
- Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2344-cü məhəllədə "Cənub market"də,
Şəmkir şəhərində
- Bazar daxilində Rövşən Bayraməliyevə məxsus mağazada
ümumi çəkisi 175 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: