170 kq saxta məhsul məhv edilib
25 İyul 2011 Bazar Ertəsi 17:39
Ölkədə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Xətai rayonunda Gəncə prospekti, ev 105 ünvanında Rabil Əliyevə məxsus mağazada, Neapol küçəsi, ev 8 ünvanında yerləşən “Uğur market”də,  Mehmandarov küçəsi, ev 80 ünvanında yerləşən “Telman market” də, S.Orucov küçəsi, ev 13 ünvanındakı “İnci market”də,

Nərimanov rayonunda Azadlıq prospekti, ev 151A ünvanında yerləşən “Cavidan market”də, Ağa Neymətulla küçəsi, ev 85 ünvanında Elmir Məmmədova məxsus mağazada, Ağa Neymətulla küçəsi, ev 75 ünvanında Azər Şükürova məxsus marketdə,

Füzuli rayonunda Qayıdış qəsəbəsi, 9, ev 105 ünvanında Əziz Bayramova məxsus mağazada

ümumi çəkisi 170 kq-a yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar