16-cı beynəlxalq neft-qaz sərgi-konfransı işinə başlayır
02 İyun 2009 Çərşənbə Axşamı 11:15
Tədbirdə dünyanın 30-dan artıq ölkəsindən 500-dən çox şirkət iştirak edir

Bu gün Bakıda ənənəvi 16-cı Beynəlxalq neft-qaz sərgi-konfransı öz işinə başlayıb. Tədbirdə dünyanın 30-dan artıq ölkəsindən 500-dən çox şirkət və nümayəndə iştirak edir. Sərgi çərçivəsində iyunun 3-də və 4-də neft və qaz konfransı keçiriləcək. Təşkilatçıların sözlərinə görə, neft-qaz sərgisinin 8-ci beynəlxalq nəqliyyat sərgisi ilə birgə keçirilməsinin dünya iqtisadi böhranı ilə əlaqəsi yoxdur. Bu il nəqliyyat və neft-qaz sərgilərinin birləşdirilməsi Xəzər regionunda hasil edilən karbohidrogen ehtiyatlarının nəqlinin vacibliyi, nəqliyyat şirkətlərinin bu sahəyə artan marağı ilə bağlıdır.
Xatırladaq ki, ilk dəfə 1994-cü ildə keçirilmiş neft-qaz sərgisinə 12 ölkədən cəmi 150 şirkət qatılmışdı və  o vaxt Azərbaycanın neft-qaz potensialı öyrənilirdi./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar