120 kq saxta ərzaq məhv edilib
21 Aprel 2011 Cümə Axşamı 17:54
İqtisadi İnkişaf Nazirliyi monitorinqlərini davam etdirir. 120 kq saxta ərzaq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu gün keçirilən növbəti monitorinqlər zamanı Bakının Nəsimi rayonunda Cavadxan küçəsi, ev 11 ünvanında yerləşən “Salman market”də, Binəqədidə 9-cu mikrorayon, M.Cəlal küçəsi, ev 61 ünvanında yerləşən “Kalva market”də, Xəzər rayonunda Mərdəkan qəsəbəsi, Mərdəkan bağları ərazisində Aytən Bağırovaya məxsus mağazada, Mingəçevir şəhərində Xocalı küçəsində yerləşən “İrəvan market”də, Şəmkir şəhərində Dəllər qəsəbəsində Xıdır Sadıqova məxsus mağazada, Goranboy rayonunda Qaraçinar kəndində Ziya Bayramova məxsus mağazada ümumi çəkisi 120 kq-a yaxın olan saxlama müddəti ötmüş ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: