12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib
09 İyun 2010 Çərşənbə 19:10
12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib.
2010-cu il 12 iyun istirahət günü ilə 14 iyun iş gününün yeri dəyişdirilib. Bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti “İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” qərar qəbul edib.

Bu qərar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə verilib.

Dəyişikliklərə uyğun olaraq iyunun 13-ü (bazar), 14-ü (bazar ertəsi) və 15-i (Milli Qurtuluş günü) ölkədə qeyri-iş günü olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar