10 vəzifəli şəxs Penitensiar Xidmətdən xaric olunub
14 İyun 2011 Çərşənbə Axşamı 14:39
Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev məlumat verib
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev bəzi cəzaçəkmə müəssisələrinin rəhbərlərinin təqaüdə göndərilməsinə münasibət bildirib. Lent.az-ın məlumatına görə, M.Quliyev müəssisə rəhbərlərinin xidməti vəzifələrini yerinə yetirə bilmədikləri üçün təqaüdə göndərildiyini deyib: “10-a yaxın şəxs xidmətdən xaric olunub. Bu, yaş həddi ilə deyil, xidməti vəzifələrini düzgün yerinə yetirə bilmədikləri ilə bağlıdır. Bəziləri xidmətin adına ləkə gətirən hərəkətlərə yol verdikləri üçün vəzifələrindən azad olunublar”.

Qeyd edək ki, son günlər ərzində Penitensiar Xidmətin 3 cəzaçəkmə müəssisəsinin rəisi təqaüdə göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar