10 mindən çox adam dövlət qulluqçusu kimi pensiya alır
22 İyun 2011 Çərşənbə 11:48
Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 326,2 manatdır.
Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fonundan ANS PRESS-ə verilən məlumata görə, onlardan 68,8 faizi yaşa görə, 22,6 faizi əlilliyə görə, 8,6 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği isə 326,2 manatdır.

Qeyd edək ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

2011-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar