Yelena İsinbayeva ana olub
29 İyun 2014 Bazar 15:02
Hündürlüye tullanmaq üzre ikiqat olimpiya çempionu Yelena İsinbayeva ana olub.
Hündürlüye tullanmaq üzre ikiqat olimpiya çempionu Yelena İsinbayeva ana olub.

ANS PRESS-in melumatına göre, bu barede Rusiya Atletika Federasiyası açıqlama yayıb.

"İyunun 28-de gece Yelena İsinbayevanın qızı dünyaya gelib. Uşağın boyu 53 santimetr, çekisi ise 4 kiloya yaxındır. Yelena ve uşaq hazırda özünü yaxşı hiss edir", - deye açıqlamada bildirilir.

Yelena İsinbayeva 2013-cu ilde Moskvada çempion olduqdan sonra beyan etmişdi ki, karyerasına ana olmaq üçün bir müddetlik fasile verir.

32 yaşlı idmançı onu da demişdi ki, 2016-cı ilde Rio-de-Janeyroda keçirilecek Olimpiya oyunlarında iştirak etmeyi planlaşdırır.

Qeyd edek ki, Rusiyalı idmançı, tatar qızı Yelena İsinbayeva 2004 ve 2008-ci illerde olimpiya çempionu olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar