Futbol klublarının reytinq cədvəli
03 İyun 2009 Çərşənbə 17:45
Çempionlar Liqasının qalibi olan "Barselona" reytinq cədvəlində ilk sırada yer alıb

 

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS), dünyanın ən yaxşı klublarının reytinq cədvəlini açıqlayıb. 350 komandanın yer aldığı reytinq cədvəlinə heç bir Azərbaycan klubu düşə bilməyib. İFFHS-ın dəyərləndirməsinə görə, Çempionlar Liqasının qalibi olan İspaniyanın "Barselona" klubu reytinq cədvəlinin ilk sırasında yer alıb. Çempionlar Liqasının finalında "Barselona"nın məğlub etdiyi İngiltərənin "Mançestr Yunayted" klubu iknci, digər ingilis klubu "Çelsi" isə üçüncü sırada qərarlaşıb.

Dünyanın ən yaxşı futbol klublarının siyahısında yer alan Türkiyə klublarından ən yaxşı nəticə "Qalatasaray"a məxsusudur. İstanbul təmsilçisi reytinq cədvəlində 48-ci sırada yer alıb. Digər Türkiyə klublarından "Fənərbaxça" 52-ci, son Türkiyə çempionu və kubokun qalibi "Beşiktaş" isə 60-cı sırada qərarlaşıb.


İFFHS-nin dəyərləndirməsinə görə Dünya reytinqində ilk 10 sırada yer alan komandalar aşağıdakılardır:

Yer    Klub     Ölkə     Xal

1. Barselona İspaniya 315

2.Mançestr Yunayted İngiltərə 315

3. Çelsi İngiltərə 276

4. Liverpull İngiltərə 248

5. Arsenal İngiltərə 247

6. Şaxtyor Ukrayna 245,5

7. Dinamo Kiyev Ukrayna 234,5

8. Estudiantes Argentina 232

9. Hamburq Almaniya 228

10. Gremio Breziliya 222

/ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar