Rəşad Sadıqov müdhiş çıxış edir
19 Mart 2009 Cümə Axşamı 14:00
Türkiyə mətbuatı futbolçunun "Kocaelispor"da müdhiş çıxış etiyini yazıb

Azərbaycan A Milli komandasının kapitanı Rəşad Sadıqovun “Kocaelispor” klubunda göstərdiyi oyun Türkiyə mətbuatında əks-səda doğurmaqda davam edir. "Kocaeli" qəzeti, Rəşad Sadıqovun "Kocaelispor"dakı çıxışını Terminatorla (yox edici) müqayisə edib: “Kocaelisporun qış transfer dövründə transfer etdiyi, varlığı ilə yoxluğu bəlli olmayan, baxışda olduğu müddətdə problemlərə görə özünü göstərə bilməyən, azərbaycanlı futbolçu Rəşad Sadıqov, müdhiş oyun sərgiləyərək, sanki Terminator (yox edici) kimi hərəkət edir.”

Rəşad Sadıqovun hazırda Türkiyə Super Liqasında çıxış edən ən böyük ilk 3 ulduzundan biri olduğu bildirilir: “Səssiz sədasız işini görən, yüksək insani xarakteri ilə diqqət çəkən, amma meydanda "Qalatasaray" və "Fənərbaxça"nın ulduzlarına meydanı dar edən, yüzfaizlik qolların qarşısnı bıçaq kimi kəsən Sadıqov, hazırda Super Liqanın ən böyük 3 ulduzu arsındadır. Hər turdan sonra, həftənin 11-nə seçilən Sadıqov, "Fənərbaxça" ilə matçda da böyük rəğbət qazanaraq, televiziya şərhçilərinin də tərifini qazanıb. Rəşad Sadıgov, qiymətini 10 qata çıxarıb.” /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar