UEFA Super Kubok matçını ingilis FIFA referisi Mark Klattenburq idarə edir.
Bu gün UEFA Super Kuboku uğrunda oyun keçirilir.
ANS PRESS-in məlumatına görə, həlledici matçda Çempionlar Liqasının qalibi "Real" Avropa Liqasının çempionu "Sevilya"nı sınağa çəkəcək.
"Kardiff Siti" stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 23.45-də başlayıb.
Qarşılaşmanı ingilis FIFA referisi Mark Klattenburq idarə edir.
Qeyd edək ki, "Real" indiyədək 3 dəfə Super Kubokun iştirakçısı olub. 2002-ci ildə çempion adını qazanan "Kral Klubu" 1998 və 2000-ci illərdə uduzub. "Sevilya" isə 2006-cı ildə kuboku başı üzərinə qaldırıb, 2007-ci ildə məğlubiyyətə üzülüb.
Super Kubok
12 avqust
23.45 Real (İspaniya) - Sevilya (İspaniya)
Real: İker Kasilyas (k), Pepe, Serxio Ramos, Fabio Koentrao, Daniel Karvajal, Toni Kroos, Ceyms Rodriges, Qaret Beyl, Luka Modriç, Kriştiano Ronaldo, Kərim Benzema.
Ehtiyat oyunçular: Keylor Navas, Rafael Varane, Marselo, Alvaro Arbeloa, Angel di Maria, İsko, Asyer İllarramendi.
Baş məşqçi: Karlo Ançelotti.
Sevilya: Beto, Federico Fazio (k), Fernando Navarro, Nikolas Pareya, Koke, Qreqori Kriçovyak, Daniel Karriço, Denis Suares, Vitolo, Aleyks Vidal, Karlos Bakka.
Ehtiyat oyunçular: Mariano Barbosa, Dioqo Fiqueyras, Yayro Samperio, Visente İborra, Jose Antonio Reyes, Luismi, İaqo Aspas.
Baş məşqçi: Unai Emeri.
Hakimlər: Mark Klattenburq, Simon Bek, Stuart Burt, Darren Enqland (İngiltərə).
Kardiff. "Kardiff Siti" stadionu.