Taekvondoçumuz Səid Quliyev rəqibə qızıl xal uğrunda raundda məğlub olaraq, yarışı gümüş medalla başa vurub.
Sayca 10-cu dəfə keçirilən taekvondo üzrə Gənclər arasında Dünya birinciliyinin ikinci günü milli komandamız növbəti medalını qazanıb.
ANS PRESS-in xəbərinə görə, 23-26 mart tarixlərində Tayvanın Taypey şəhərində təşkil edilən yarışa milli komandamız 18 taekvondoçu ilə qatılıb.
73 kq çəki dərəcəsində yarışa qatılan Səid Quliyev finala vəsiqəni təmin edib. Finalda isə Rusiya idmançısı Muzayevlə qarşılaşan millimizin üzvü rəqibindən üstün döyüş nümayiş etdirsə də, son saniyələrdə qələbəni əldən verib. Taekvondoçumuz rəqibə qızıl xal uğrunda raundda məğlub olaraq, yarışı gümüş medalla başa vurub.
Beləliklə,Tayvanda keçirilən Gənclərin Dünya birinciliyinin ikinci günə olan nəticələrinə görə komandamız aktivinə bir qızıl, bir gümüş və bir bürünc medal əlavə edib.
Xatırladaq ki, Səid Quliyev beş gün əvvəl Yay Olimpiya Oyunlarına Lisenziya xarakterli Təsnifat Turnirində Lisenziya qazanıb.