Sumo çempionatı başa çatıb
02 Mart 2009 Bazar Ertəsi 10:40
Çempionatda 200-ə yaxın idmançı mübarizə aparıb

 

Sumo üzrə Azərbaycan çempionatı başa çatıb. Yarışın qalibləri 200-ə yaxın idmançının mübarizəsindən sonra məlum olub. Çempionatda ilk olaraq mübarizəyə yeniyetmələr dəvət olunub. Ağırlığı 60 kiloqrama qədər olan sumoçuların yarışında Əsgər İsrafilzadə ölkə çempionatının qalibi olub. 80 və 100 kiloqramlarda isə müvafiq olaraq Əmrah Əhmədov və Seymur Eldarov bütün rəqiblərinə qalib gələrək ölkə çempionu olublar.

Kadetlərin yarışı da kifayət qədər gərgin alınıb. Ağırlığı 55 kiloqrama qədər olan sumoçuların döyüşü Yusif Babayevin qələbəsi ilə nəticələnib. 75 kiloqramda Fərid Əhmədov, 90 kiloqramda isə Əmiraslan Əhmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Böyüklərin yarışında da mübarizə 3 çəki dərəcəsində gedib. 85 kiloqramda Rəşad Əsgərov bütün rəqiblərindən üstün olub. Çəkisi 115 kiloqrama qədər olan sumoçuların döyüşündən Nizami Qafarov qalib ayrılıb. Ən ağırların mübarizəsi isə Rəşad Bağıyevin ölkə çempionu olması ilə nəticələnib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar