Qarabağ klubu 3 xalı 3 qolla qazandı
30 Mart 2014 Bazar 20:14
Qarabağ - Qəbələ matçı nəticəsi oyunun başa çatmasına 3 dəqiqə qalmış bəlli olub. 3:0.
Bakıdakı çovğunlu hava Topaz Premyer Liqasının 28-ci turunda keçirilməli olan "İnter" - "Rəvan" qarşılaşmasının təxirə salınmasına səbəb olub.

ANS PRESS-in məlumatına görə, oyunun 11-ci dəqiqəsində baş hakim Elvin Əsgərov oyunu yarımçıq saxlayıb və matçın sabah saat 17:00-da yenidən keçirilməsinə qərar verilib. Qarşılaşma qaldığı vaxtdan davam edəcək.

"Qarabağ" - "Qəbələ" matçı isə baş tutub. İlk hissə qolsuz bərabərə qalsa da, 49-cu dəqiqədə Çumbinyo, 64-cü dəqiqədə isə Reynaldo qəbələliləri məyus edib. Oyunun başa çatmasına 3 dəqiqə qalmış Reynaldo dubl edib - 3:0.

Beləliklə, 28 oyundan sonra xalını 61-ə çatdıraraq birinci sıradakı mövqeyini bir qədər də möhkəmləndirilib.

“İnter” – “Rəvan” - (Təxirə salınıb)

“Qarabağ” – “Qəbələ” - 3:0
Qol: Marinaldo Silva, 49; Raynaldo Silva, 65; 86


DOSTLARINLA PAYLAŞ:

oyunlar