Luis Suares teriflendi
03 İyul 2014 Cümə Axşamı 03:50
FİFA prezidenti rəqibini dişlədiyinə görə üzr istəməsini təqdirəlayiq hesab edir.
Beynəlxalq Futbol assosiyasiyaları prezidenti (FİFA) Yozef Blatter Uruqvay millisinin hücumçusu Suaresi bu dəfə tərifləyib. ANS PRESS-in məlumatına görə o qalmaqallı futbolçunun İtaliya millisinin oyunçusu Corco Kellinini Dünya Çempionatı matçı zamanı dişlədiyinə görə üzr istəməsini təqdirəlayiq hesab edib. Bu barədə Blatter jurnalistlərə Rio-de-Janeyroda keçirilən futbolda üzrə menecmentlik seminarı zamanı bildirib.

Qeyd edək ki, FİFA “Liverpul”da oynayan Uruqvay forvardı dünya çempionatı matçında Kellinini dişləməsinə görə, millinin 9 oyunundan və 4 aylıq ümumi futbol fəaliyyətindən məhrum edib. Bundan əlavə futbolçu 100 min isveç frankı məbləğində cərimə də olunub. Hadisə ilə bağlı oyunçu dünya çempionatında akreditasiyasını itirərək turnirin vətəni olan Braziliyanı tərk edib.

“O ümumilikdə futbol ailəsi qarşısında üzr istəyib. Bu isə təqdirəlayiqdir. Bu onun böyük oyunçu olduğunun isbatıdır. Mən inanıram ki, futbolçu bu hadisədən sonra karyerasını bərpa edə biləcək” deyə Blatter bildirib.

Blatter Uruqvay prezidentinin FİFA rəyasət heyyətini təhqir edən sərt mövqeyinə şərh verməkdən boyun qaçıraraq “Prezident öz fikrini bildirməkdə tam azaddır, mən onun dediklərinə şərh verə bilmərəm” dedi.

Suaresin oyunlardan diskvalifikasiya edilməsinin müddəti 28 iyundan başladı. Bu zaman Kolumbiya millisi çempionatın 1/8 finalında Kolumbiya ilə görüşərək 0-2 hesabı ilə məğlub oldu. Oyunlardan uzaqlaşdırılan vaxt Suaresə stadionları getmək və hər hansı bir futbol fəaliyyəti ilə məşğul olmaq qadağandır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar