Liverpul 4 qolla liderliyi ələ keçirdi
31 Mart 2014 Bazar Ertəsi 02:17
"Liverpul" 4:0 qalibiyyətlə liderliyi ələ keçirib.
İngiltərə Premyer Liqasında 32-ci tura start verilib.

ANS PRESS-in xəbərinə görə, İngiltərə çempionatının son turunda "Liverpul" öz meydanında "Tottenhem" üzərində inamlı qələbə qazanıb. Oyun ev sahiblərinin 4:0 qalibiyyəti ilə başa çatıb.

Turun başqa bir görüşündə də qonaqlar məyus yola salınıb. "Aston Villa" səfərdə "Mançester Yunayted"-ə məğlub olub. "Çelsi" də səfərdə "Kristal Pelas"-la qarşılaşmasında məğlubiyyəti dadıb - 1:0.

"Arsenal" - "Mançester Siti" görüşündə isə tərəflər 1:1 bərabərliklə meydandan ayrılıblar. "Vest Bromviç" - "Kardiff Siti" qarşılaşmasında isə tamaşaçılar 6 qolun şahidi olsalar da, oyunda qalib müəyyənləşməyib. Oyun 3:3 hesabı ilə başa çatıb.


İngiltərə Premyer Liqası / 32-ci tur
29 mart

Mançester Yunayted - Aston Villa - 4:1
Qollar: Runi, 20; 45-pen, Mata, 57 Çikarito, 90 - Vestvud, 13.

Kristal Pelas - Çelsi - 1:0
Qol: Terri, 52-öz qapısına.

Sauthempton - Nyukasl - 4:0
Qollar: Rodriqes, 45; 89, Lambert, 49, Lallana, 70.

Stok Siti - Hall Siti - 1:0
Qol: Odemvinqe, 62.

Suonsi Siti - Norviç Siti - 3:0
Qollar: De Quzman, 30; 38, Rutledce, 75.

Vest Bromviç - Kardiff Siti - 3:3
Qollar: Amalfitano, 2, Dorrans, 9, Bifuma, 90 - Mutç, 30, Kolker, 73, Dehli, 90.

Arsenal - Mançester Siti - 1:1
Qollar: Flamini, 53 - D.Silva, 18.

30 mart

Fulhem - Everton - 1:3
Qollar: Dejaqa, 71 - Stokkdeyl, 50-öz qapısına, Miralyas, 79, Neysmit, 87.

Liverpul - Tottenhem - 4:0
Qollar: Kabul, 2-öz qapısına, L.Suares, 25, Koutinyo, 55, Henderson, 75.




DOSTLARINLA PAYLAŞ:

oyunlar