Futbolçulara çox pul vermək olmaz
07 Mart 2014 Cümə 16:45
AFFA prezidenti klublarda futbolçuların əmək haqlarına limit qoyulacağını deyib.
“Klublarda futbolçuların əmək haqlarına limit qoyulacaq”. Bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib. AFFA İcraiyyə Komitəsinin iclasından sonra açıqlama verən. R.Abdullayev formalaşmamış futbolçulara bu qədər pul verməyin düzgün olmadığını qeyd edib. “Bizdə çoxlu pul verdiklərindən, xaricə getmək istəmirlər. Rəqabət yoxdursa, niyə gedib Almaniyada oynamalıdır? Kim altdan-altdan pul versə, onları cəzalandıracağıq”.
AFFA prezidenti öz işindən də razı olmadığını da ifadə edib. O, futbola yaradılan şəraitlə əldə olunan nəticələrin uyğun gəlmədiyini deyib.
Federasiya rəhbəri Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərimizlə bağlı fikrini bildirib.O, komandamızın bütün rəqiblərinə ciddi yanaşmalı, yığmamızın öz üzərində çalışmalı olduğunu deyib.
Topaz Premyer Liqasının səviyyəsinin artdığını deyən R.Abdullayev çempionatın dünya reytinq cədvəlində 43-cü yerdə qərarlaşdığını vurğulayıb. AFFA prezidenti Premyer Liqa komandalarında 6 legioner və 5 yerli futbolçunun olacağını, yerli futbolçulardan birinin yaş həddinin isə 21 yaşadək olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: