İdman

Futbolçu meydanda ölümdən döndü

Oleq Qusevin beyni silkələnib, çənəsi sınıb, dişi qırılıb.

· Xəbərçi
Futbolçu meydanda ölümdən döndü
Ukrayna çempionartının 23-cü turunun "Dnepr"-"Dinamo" matçında həyəcanlı anlar yaşanıb.

ANS PRESS-in məlumatına görə, oyunun 25-ci dəqiqəsində "Dnepr"in qapıçısı Denis Boyko kiyevlilərin kapitanı Oleq Qusevlə toqquşub. Toqquşmadan sonra Oleq Qusev huşunu itirib. Onun köməyinə ilk olaraq isə "Dnepr"in futbolçusu Caba Kankava yaxınlaşıb.

Bundan sonra həkimlər meydana çıxaraq kapitana tibbi yardım göstəriblər. Həkimlər "Dnepr"in futbolçusunun Oleq Qusevin həyatını xilas etdiklərini deyiblər. Həkimlər Oleq Qusevin beynində I dərəcəli silkələnmə olduğunu qeydə alıblar. Futbolçunun çənəsi sinib və bir dişi qırılıb.

Şərhlər