Dünya Çempionatı ən yaxşıları siyahısı
12 İyul 2014 Şənbə 10:04
Dünya Çempionatı ən yaxşıları siyahısı. 2014 FIFA Dünya Kubokunda "Qızıl Top", "Qızıl Əlcək" və "Ən Yaxşı Gənc Oyunçu" namizədləri açıqlanıb.
FİFA-nın internet saytından yayılan xəbərdə Dünya Kubokunun ən yaxşı futbolçularının təyin olunduğu "Adidas Qızıl Top Mükafatı"na namizəd 10 futbolçu ilə turnirin ən yaxşı qapıçısına verilən "Qızıl Əlcək" və "Ən Yaxşı Gənc Oyunçu" mükafatlarına namizəd 3 futbolçu təyin olunub.
ANS PRESS-in məlumatına görə, FIFA Texniki Araşdırma Qrupunda mütəxəssislərin analiz və araşdırmaları nəticəsində yaradılan siyahılarda mükafat alan futbolçular, Bakı vaxtı ilə 14 İyul Almaniya ilə Argentina arasında oynanacaq final matçının ardından açıqlanacaq.
FİFA-nın "Qızıl Top", "Qızıl Əlcək" və "Ən Yaxşı Gənc Oyunçu" mükafatları üçün irəli sürdüyü namizədlər isə bunlardır:
"Qızıl Top" namizədləri
- Angel Di Maria (Argentina)
- Mats Hummels (Almaniya)
- Toni Kroos (Almaniya)
- Filipp Lahm (Almaniya)
- Xavyer Maşçerano (Argentina)
- Lionel Messi (Argentina)
- Tomas Müller (Almaniya)
- Neymar (Braziliya)
- Arjen Robben (Hollandiya)
- Ceyms Rodriges (Kolumbiya)
"Qızıl Əlcək" namizədləri
- Keylor Navas (Kosta Rika)
- Manuel Neyer (Almaniya)
- Sercio Romero (Argentina)
"Ən Yaxşı Gənc Oyunçu" namizədləri
- Memfis Depay (Hollandiya)
- Paul Poqba (Fransa)
- Rafael Varan (Fransa)
DOSTLARINLA PAYLAŞ: