Böyükağa Hacıyev qələbəni şərh etdi
09 Mart 2014 Bazar 19:22
Böyükağa Hacıyev: Çalışdım sübut edim ki, Neftçi əsas heyətlə həmin Neftçidir.
Topaz Premyer Liqasının 25-ci turunda Qəbələyə səfər edən “Neftçi” yerli “Qəbələ” ilə oyunda 2-1 hesablı qələbə qazanıb. ANS PRESS-in məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında komandalarım baş məşqçiləri qarşılaşmanı şərh edib

“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev yenə iddialı açıqlamalar verib: “Maraqlı və gərgin oyun oldu. Rəqibi yaxşı oyuna görə alqışlamaq lazımdır. “Qəbələ” əbəs yerə turnir cədvəlində yüksək pillələrdə getmir. Çalışdım sübut edim ki, “Neftçi” əsas heyətlə həmin “Neftçi”dir. “Xəzər Lənkəran”la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib üçüncü qolu vura bilsəydi “Qəbələ” dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram, müdafiəçilərimiz çox yaxşı oynadı. 3 gün sonra “İnter”lə kubok oyunumuz var. Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik. Karlos Kardoso və ya ernest Nfro pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedir. Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızıışır, oyunlar daha gəgin keçir. Bu gün rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı”.

“Qəbələ” klubunun baş məşqisi Yuri Syomin bəsit səhvlər səbəbindən uduzduqlarını bildirib: “Bu cür gərgin oyunlarda bəsit səhvlərə çox yol veririk. Hesabda geri düşdükdən sonra isə oyunu bərabərləşdirməyə çalışırıq. Daha zəif komandalarla oyunlarda bu alınır, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərlə isə alınmır. Komandanın ikinci dövrədə zəif çıxış etməsində ümumi problemlər var. Turnir cədvəlində yüksək yerlərdəyik, yeni transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Möcüzə birdən baş vermir, səbrli olmaq lazımdır. Etibarımı itirmək kimi qorxum yoxdur. Komandanın keçən və bu mövsümdə hansı mövqelərdə olduğunu müqayisə edin. İrəliləyiş var, ya yox?”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar