İdman

Bakı - Simurq matçı təxirə düşdü

Bakı - Simurq matçı təxirə düşdü. Bakı klubu avqustun 15-dək sənədləri PFL-ə təqdim etməlidir.

· Xəbərçi
Bakı - Simurq matçı təxirə düşdü
Topaz Premyer Liqasında 2014/15 mövsümü başlamadan təxirəsalmalara start verilib.

ANS PRESS-in məlumatına görə, I turun "Bakı" - "Simurq" oyunu təxirə salınıb. Bu barədə PFL-in prezidenti Ramin Musayev əmr imzalayıb:

1. Topaz Premyer Liqasının 2014/15 mövsümündə iştirak edən “Bakı” klubu Premyer Liqada çıxış etmək üçün tələb olunan sənədləri 15 avqust 2014-cü il tarixinə kimi PFL-ə təqdim etməzsə, klub yarışlardan kənarlaşdırılsın.

2. “Bakı” klubunun iştirakı ilə Topaz Premyer Liqası və əvəzedici komandalar arasında yarışın I turunun oyunları yuxarıda göstərilmiş səbəbdən təxirə salınsın.

Şərhlər