Azərbaycanın atüstü mübarizəsinə start verildi
04 May 2014 Bazar 13:40
Şəkidə Çövkən Milli oyunları festivalının açılışı olub.
Şəkidə Milli Atüstü Oyunları festivalına start verilib. ANS PRESS-in məlumatına görə, respublikanın müxtəlif şəhər və rayonlarından yarışa qatılan komandaların sayı əvvəllər 4 idisə, indi bu rəqəm 16-dır. Səkkizinci ildir Prezident Kuboku uğrunda Çövkən Milli Oyunu üzrə keçirilən yarışlar 5 gün davam edəcək və mayın 7-də finalda kubok qalibə təqdim olunacaq.

Festivalda Bakı, Şəki, Ağdam, Ağcəbədi, Aqstafa, Balakən Zaqatala, Qax, Oğuz, Qəbələ İsmayıllı, Yevlax və Xaçmaz komandaları iştirak edir. Xaçmaz bu il birinci dəfədir ki, bu festivala qatılır. Bakıdan isə 2 komanda - “Sərhədçi” və “Polad” klubları yarışacaq.

Milli Atüstü Oyunları festivalının bu gün start veriləb ilk yarışında 16 komanda mübarizəyə başlayır.

Turnirdə yarışma 4 atüstü milli oyunları üzrə keçiriləcək. Ənənəvi olaraq Çövkən baş mükafat olacaq. Həvəsləndirici mükafatlar isə papaq, sürpapaq və yaylıq oyunu təşkil edir. Yarışlara komandalar əsasən yerli və cins atlarla qatılıb. Bakıdan gələn komandalar ancaq cins atlarla yarışır.

Ənənəvi Milli Çövkən oyunlarının keçirilməsində məqsəd qədim atçılıq ənənələrinin qorunub saxlanılmasıdır.

Qeyd edek ki, Qarabağ atları üzərində Çövkən oyunu UNESKO-nun təcili qorunmağa ehtiyacı olan qeyri maddi mədəni irs siyahısına daxil edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar