AFFA 13 min qazandı
27 Mart 2014 Cümə Axşamı 12:38
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib.
AFFA-nın İntizam Komitəsinin növbəti toplantısı keçirilib. ANS PRESS-in məlumatına görə, toplantıda milli çempionatlarda baş tutan oyunlardakı ayrı-ayrı epizodlar müzakirə olunub.
İntizam Komitəsinin qərarları ilə sizi tanış edirik:
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Xəzər Lənkəran” – “Araz Naxçıvan” matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Xəzər Lənkəran” klubu 1000 manat, “Araz Naxçıvan” klubu 100 manat cərimə olunur (maddə 40).
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Neftçi” – “İnter” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Qarabağ” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
19 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final “Bakı” – “Rəvan” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun məşqçisi Gündüz Hindal hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
23 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçının 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
23 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXVII turunun “Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində “Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
22 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 35-ci dəqiqəsində “Simurq” klubunun baş məşqçisi Rövşən Babayev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur.
22 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Karvan” – “Şahdağ” matçının 80-ci dəqiqəsində “Şahdağ” klubunun məşqçisi Vahid Həşimov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
23 mart 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XXII turunun “Mil-Muğan” – “Neftçala” matçının 74-cü dəqiqəsində “Neftçala” klubunun 18 №-li futbolçusu Aqşin Həşimov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur.
Oyunun 74-cü dəqiqəsində “Mil-Muğan” klubunun 10 №-li futbolçusu Rəmzi Məmmədov hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur.
22 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Mehdiabad” – “Qəbələ-2” matçı meydançının ot örtüyünün yararsız vəziyyətdə olması səbəbindən baş tutmamışdır. İntizam Komitəsinin qərarına əsasən oyun yenidən keçiriləcək.
22 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin UGİM (Buzovna) – “Şəfəq” matçının 61-ci dəqiqəsində oyun dayandırılmışdır. Belə ki, “Şəfəq” klubunun 95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etmiş və “Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
- “Şəfəq” klubunun 95 №-li futbolçusu Şəhriyar Yəhyayev, 2 №-li futbolçusu Musa Hüseynli , 12 №-li futbolçusu Emil Cəfərov hakimi təhqir etydiklərinə görə hər bir futbolçu 4 oyunluq cəzalanır.
- Şəfəq” klubunun 1 №-li futbolçusu Elvin Məmmədov hakimə qarşı fiziki təsir göstərdiyinə görə futbolçu 10 oyunluq cəzalanır.
- Oyun yarımçıq dayandırıldığı üçün “Şəfəq” klubuna 0:3 hesablı texniki məğlubiyyət verirlir.
22 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Bayıl Rovers” – “Boradigah” matçının 90+1-ci dəqiqəsində “Bayıl Rovers” klubunun 5 №-li futbolçusu Hunter Filip idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
DOSTLARINLA PAYLAŞ: