19 yaşadək futbolçulardan uğurlu start
11 Noyabr 2014 Çərşənbə Axşamı 10:20
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində ilk oyununu keçirib.
ANS PRESS-in məlumatına görə, komandamız meydan sahibi Macarıstanla qarşılaşıb.

Dunaujvaroş şəhərindəki "Ezsperanto Ut" stadionunda baş tutan oyunda hesabı 37-ci dəqiqədə Norbert Baloq açıb. Millimiz buna 84-cü dəqiqədə Budaq Nəsirovun qolu ilə cavab verib. Son dəqiqələrdə Donat Zsoter qırmızı vərəqə alaraq komandasını azlıqda qoysa da, millimiz qələbə qolunu vura bilməyib və oyun 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, qrupun ilk oyunu bu gün Slovakiya və Sloveniya arasında keçirilib. Matç slovakların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz noyabrın 12-də Slovakiya, 3 gün sonra Sloveniya ilə qarşılaşacaq.

Avropa çempionatı
Seçmə mərhələ
4-cü qrup, 10 oktyabr

Macarsıstan - Azərbaycan 1:1
Qollar: Norbert Baloq, 37 - Budaq Nəsirov, 84.
Macarıstan: 1. Aleks İvankis, 2. Kristof Polqar, 3. Bence Lenser, 4. Attila Talaber (k), 5. Adam Naqi, 6. Mate Vida, 7. Bense Qrabant (18. Roland Sallai, 63), 8. Bense Tot (16. Kristofer Takaks, 84), 9. Norbert Baloq, 10. Barnabas Raks (15. Andras Yanko, 79), 11. Donat Zsoter.
Ehtiyat oyunçular: 12. Daniel Horvat, 13. Akos Keskes, 14. David Valençik, 17. Erik Nemet.
Baş məşqçi: İstvan Pisont.
Azərbaycan: 1. Tolqa Şahin, 2. İlyas Səfərzadə, 4. Bəhlul Mustafazadə, 5. Yusup Xakimov, 6. Budaq Nəsirov, 7. Mahir Mədətov (19. Elnur Süleymanov, 90), 9. Fəhmin Muradbəyli, 10. Mənsur Nahavəndi (k) (23. Vadim Ağarəhimov, 46), 15. Renat Ağaverdiyev, 16. Emin Zamanov, 17. Elnur Cəfərov (13. Benhur Kama, 62).
Ehtiyat oyunçular: 12. Ağaseyid Qasımov, 14. Yusif Nəbiyev, 18. Təyyar Məmmədov, 21. Əfsər Məmmədov.
Baş məşqçi: Nikolay Adam.
Sarı vərəqələr: Bense Qrabant, 34 - İlyas Səfərzadə, 21. Mənsur Nahavəndi, 32. Emin Zamanov, 73. Mahir Mədətov, 90+1.
Qırmızı vərəqə: Donat Zsoter, 90+2.
Hakimlər: Con Beaton, Qrem Styuart (Şotlandiya), David Morhaym, Eli Hakmon (İsrail).
Dunaujvaroş. "Ezsperanto Ut" stadionu.

Slovakiya - Sloveniya 2:1
Qollar: Tomaş Vesteniçki, 41; 65-pen - Alen Ozbolt, 58.
Hakimlər: Marko Quyda, Matteo Passeri (İtaliya), Peter Kobor, Adam Farkaş (Macarıstan).
Tatabanya. "Qrosics Qyula" stadionu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar