Hadisə

Zaqatalada 21 yaşlı gənc özünü asdı

Zaqatalada 21 yaşlı gənc özünü asdı. Hacımurad Həsənovun meyidi mal tövləsində aşkar edilib.

· Xəbərçi
Zaqatalada 21 yaşlı gənc özünü asdı
Zaqatala rayonunda intihar hadisəsi olub.
Zaqatala rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Aşağı Tala kəndin fermanın ərazisində yaşayan kənd sakini, 21 yaşlı Hacımurad Həsənov özünü asıb. Mərhumun meyidi evlərindən bir qədər aralıda yerləşən mal tövləsində asılmış vəziyyətdə aşkar edilib.

Məlumata görə, H.Həsənov axşam evdən çıxıb və evə qayıtmayıb. Ailə üzvləri onun gəlmədiyindən narahat olaraq axtarışa başlayıblar. Heç bir xəstəliyi və problemi olmayan gəncin özünü öldürməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS

Şərhlər