Yasamal bazarında bomba həyəcanı
    18 Dekabr 2009 Cümə 19:45
    Yasamal bazarında bomba həyəcanı. Hüquq-mühafizə orqanları anonim zəng edən şəxsi axtarır.
    
                	 
    
         Bakının Yasamal rayonu ərazisində yerləşən bazarda bomba həyəcanı yaşanıb. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Fövqəladə Hallar Naziliyinin (FHN) “112” xidmətinə Yasamal bazarına partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub. 
Dərhal FHN-in xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə gəlib. Digər aidiyyəti qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb. FHN-in mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə bazar ərazisindəki ticarət obyektlərində, xidməti binalarda və nəqliyyat vasitələrində axtarış işləri aparıb. Məlumat öz təsdiqini tapmayıb. 
Anonim zəngin kim tərəfindən edilməsini müəyyən etmək üçün əməliyyat-axtarış tədbirləri aparır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: