Bayram axşamı Ağcabədi şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağcabədi şəhər sakini Sadiq Süleymanov “VAZ-2107” markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurub.
Hadisə nəticəsində sərnişin Əli İsmayılov ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlər Əli İsmayılovun həyatını xilas edə bilməyiblər və o ötən gün orada ölüb.
“VAZ-2107” ağaca çırpılıb, 1 ölü
Hadisə Ağcabədidə baş verib




Şərhlər