Torpaq sürüşməsi davam edir
23 Mart 2009 Bazar Ertəsi 17:20
Rayon icra hakimiyyəti başçısının Urva ərazi inzibati vahidliyi üzrə nümayəndəsi bildirib ki, sürüşmə zonasındakı doqquz ailədən ikisi qohumlarının evinə köçürülüb
Qusar rayonunun Urva kəndi ərazisində baş vermiş torpaq sürüşməsinin həcmi artmaqda davam edir. Artıq sürüşmə zonasına düşən evlərin sayı 9-a çatıb.
Qusar icra hakimiyyəti başçısının Urva ərazi inzibati vahidliyi üzrə nümayəndəsi Suliddin İsgəndərov vəziyyətin təhlükəli oduğunu təsdiqləyib. Onun sözlərinə görə, Qusar rayon Fövqəladə Hallar Komissiyası lazımi tədbirlər görür və artıq iki ailənin ərazidən köçürülüb. Digər ailələrin də sürüşmə zonasından köçürüləcəyi planlaşdırılır. «İri mayaklar qoymuşuq, çatlar gedir. Artıq əhalinin ikisini evlərindən çıxarmışıq. Onlar qohumlarının evinə köçürülüb»,-deyə S.İsgəndərov bildirib.
Qusar rayon icra hakiminin birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Alif Məmmədov isə ANS-ə bildirib ki, ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də araşdırmalar aparırlar. Xatırladaq ki, Qusar rayonunun Urva kəndində torpaq sürüşməsi martın 14-də başlayıb. Sürüşmə ərazisinin uzunluğu 500 metrə, eni isə bəzi yerlərdə 300 metrə çatır.
 
/ANS TV/


DOSTLARINLA PAYLAŞ:

oyunlar