Təyyarəsinin sərnişini həbs olunub
04 Mart 2009 Çərşənbə 14:40
Bakı. Nicat Mustafayev – APA. «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AzAL) Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakı-Naxçıvan marşrutu ilə uçmaq istəyən sərnişin saxlanılıb.
AzAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin APA-ya verdiyi məlumata görə, Aviasiya Təhlükəsizliyi Xidmətinin əməkdaşları Bakı-Naxçıvan üzrə 281 saylı reysin sərnişini, Türkiyə vətəndaşı Araş İsanın üzərindən 1 ədəd beşbarmaq şəklində bıçaq aşkar ediblər. Saxlanılan şəxs hava nəqliyyatı polis xidmətinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar